Bank Of Baku

“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans işini davam etdirib - VİDEO

“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans işini davam etdirib - <font color=red>VİDEO</font>
# 07 noyabr 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və QMİ sədri postunda fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans bu gün öz işini davam etdirib. APA-nın məlumatına görə, Təzəpir məscidində keçirilən konfransa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sədrlik edib. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Tolqat Tacəddin öz təbrik çıxışında bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşamasının vacib olduğunu deyib: “Amma təəssüf edirik ki, bu gün biz hələ də dialoqa hazır deyilik. Bu gün ənənəvi dinlərin dialoq və əməkdaşlıq mühitində yaşamasına böyük ehtiyac var. Həmçinin həm sünnü, həm də şiələrin qarşılıqlı anlaşması mühümdür. Necə ki, biz bunu Azərbaycanda, Qafqazda görürük. Bu gün bütün müsəlmanlar eyni problemləri yaşayırlar və biz birgə hərəkət etməliyik”.

Tacikistan prezidenti yanında İslam Araşdırmalar Mərkəzinin rəhbəri Nurədullah Dövlətov Tacikistan prezidenti İmoməli Rəhmonun Allahşükür Paşazadəyə təbrik məktubunu oxuyub.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin konfransda çıxış edərək şeyxin Qarabağ problemi, Qafqazda sülh və sabitlik üçün göstərdiyi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib: “Dinlər və xalqlar arasında münaqişələrin olmaması bizim üçün çox vacibdir”.

Gürcüstan katalikosu, patriarxı II İlya isə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini bildirib: “Əgər biz Qafqazda sülh istəyiriksə, o zaman ərazi bütövlüyünə nail olmalıyıq. Sülhdən danışanda onu da düşünməliyik ki, bunun üçün birinci növbədə ədalət olmalıdır. Ədalət olmadan isə sülh mümkün deyil”.

Konfransda Küveytin vəqflər naziri Adil əl Fəlah, İran prezidenti Mahmud Əhmədnejdatın nümayəndəsi Ayətullah Muhamməd Əli Təsxiri, Türkiyə Diyanət İşləri İdarəsinin təmsilçisi Mehmet Yemin Özafşar, Səudiyyə Ərəbistanı Krallığının nümayəndəsi Əbdürrəhman əz-Zeyid də çıxış edərək Allahşükür Paşazadəyə öz təbriklərini çatdırıblar. Tədbir günün ikinci yarısında başa çatacaq. Konfransdan sonra iştirakçılar Heydər Əliyev Fondu və Bakı şəhəri ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR