Bank Of Baku

Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar noyabrın 11-də yola düşəcəklər

Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar noyabrın 11-də yola düşəcəklər
# 09 noyabr 2009 08:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycandan Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar noyabrın 11-də yola düşəcəklər. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən məlumat verilib. Zəvvarlar saat 22.00-da Azadlıq meydanından yola salınacaqlar. Onları Həccə aparacaq 20-dən artıq avtobus Azərbaycandan Gürcüstana, oradan Türkiyə, Suriya, İordaniya ərazisindən keçməklə Səudiyyə Ərəbistanı Krallığına gedəcək.

Təyyarə ilə Həccə gedəcək zəvvarların isə gələn həftə yola düşəcəkləri gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycandan 2000-dək zəvvarın Həcc ziyarətində iştirakı planlaşdırılıb.

Xatırladaq ki, bu il Qurban bayramı noyabrın 27-də qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR