Bank Of Baku

Sabah “Fatmeyi-Zəhra” məscidin sökülməsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılacaq

Sabah “Fatmeyi-Zəhra” məscidin sökülməsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılacaq
# 10 noyabr 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Sabah Bakı Apellyasiya Məhkəməsində “Fatmeyi-Zəhra” Dini İcmasının apelyasiya şikayətinə baxılacaq. Dini icmanın vəkili Rövşən Şirəliyevin APA-ya verdiyi məlumata görə, məhkəmə iclasına hakim Vaqif Mursaqulov sədrlik edəcək. İclasda dini icmanın “Fatmeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı Bakı şəhər 2 saylı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi qərarın ləğvi ilə bağlı müraciəti araşdırılacaq. R. Şirəliyev bildirib ki, məhkəmədə məscidin tikilməsi, torpağın alınması və digər məsələlərlə bağlı bütün hüquqi sənədlər məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR