Bank Of Baku

İslam Konfransı Təşkilatının baş katibi: “Müsəlmanlarla xristianlar arasında problemlər daha azdır, nəinki xristianlarla yəhudilər arasında”

İslam Konfransı Təşkilatının baş katibi: “Müsəlmanlarla xristianlar arasında problemlər daha azdır, nəinki xristianlarla yəhudilər arasında”
# 11 noyabr 2009 16:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. İslam Konfransı Təşkilatının (İKT) 40 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov bildirib ki, tədbirə bir çox ölkələrdən, o cümlədən İKT üzvü olmayan Koreya Respublikası və Argentinadan mütəxəssislər iştirak edib, maraqlı müzakirələr aparıblar.

İKT-nin baş katibi Ekmaləddin İhsanoğlu bu gün dünyada sivilizasiyalararası dialoqa böyük ehtiyac olduğunu vurğulayıb: “Ən azı ona görə ki, 11 sentyabr terrorundan sonra ABŞ və Avropada İslama qarşı yanlış münasibət formalaşıb”. Tarix boyunca dinlər arasında problemlər olduğunu deyən baş katib qeyd edib ki, müsəlmanlarla xristianlar arasında problemlər daha azdır, nəinki xristianlarla yəhudilər arasında”.

E.İhsanoğlu sivilizasiyalararası dialoqda medianın çox böyük məsuliyyət daşıdığını söyləyib: “Medianın sivilizasiyalararası dialoqda əsas işi kütlənin yanlış təsirlərə məruz qalmasının qarşısını almaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR