Bank Of Baku

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlar yola düşüblər

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlar yola düşüblər
# 11 noyabr 2009 19:27 (UTC +04:00)
Ümumilikdə 27 avtobusla 720 zəvvar Həcc ziyarətinə gedib.

Onlar Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə, Suriyaya, İordaniyadan keçməklə Səudiyyə Ərəbistanına gedəcəklər. Zəvvarlar yolüstü olan bütün müqəddəs yerləri də ziyarət edəcəklər. Onların bir həftə sonra Səudiyyə Ərəbistanına çatacaqları gözlənilir.

Zəvvarlar qrip virusuna qarşı peyvənd olunublar. Zəvvarlara A/H1N1 virusundan qorunmaq üçün qoruyucular paylanılıb, bütün avtobuslara həkim briqadaları təyin edilib.

Gələn həftədən isə təyyarə ilə Həcc ziyarətinə gedənlərin yola salınmasına başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR