Bank Of Baku

Həcc ziyarətinə avtobusla gedən Azərbaycan zəvvarları Türkiyə ərazisindədirlər

Həcc ziyarətinə avtobusla gedən Azərbaycan zəvvarları Türkiyə  ərazisindədirlər
# 13 noyabr 2009 08:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar Türkiyə ərazisindədirlər. Bu barədə APA-ya zəvvarlara rəhbərlik edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Həmdulla Babayev məlumat verib. Onun sözlərinə görə, dünən azərbaycanlı zəvvarlar Gürcüstan ərazisindən keçərək Türkiyəyə daxil olublar: “Bu gün axşam Türkiyədən Suriyaya keçəcək zəvvarların səhhətində heç bir problem yoxdur. Biz yolumuzu uğurla davam etdiririk”.

Xatırladaq ki, təyyarə ilə Həccə gedəcək zəvvarlar noyabrın 18, 19, 20-də yola düşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR