Bank Of Baku

Həcc ziyarətinə avtobusla gedən azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur

Həcc ziyarətinə avtobusla gedən azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur
# 14 noyabr 2009 09:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Həcc ziyarətinə avtobusla gedən azərbaycanlı zəvvarlar Suriya ərazisinə çatıblar. Bu barədə APA-ya açıqlamasında zəvvarlara rəhbərlik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Həmdullah Babayev bildirib. H. Babayev bu gün səhər Suriyaya daxil olduqlarını, hazırda otellərdə yerləşmə işi ilə məşğul olduqlarını bildirib. Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar bir neçə gün Suriyada qaldıqdan sonra İordaniyaya, oradan isə Səudiyyə Ərəbistanı Krallığına gedəcəklər. QMİ rəsmisi zəvvarların hamısının səhhətinin normal olduğunu, “donuz qripi” təhlükəsinin hiss edilmədiyini deyib: “Burada bir nəfəri belə qoruyucu maskada görməmişik. Havalar isti keçir, heç bir problem yoxdur” .

Qeyd edək ki, bu il Azərbaycandan avtobusla Həcc ziyarətinə 720 nəfər yola düşüb. Təyyarə ilə Həccə gedəcək zəvvarlar isə noyabrın 18, 19 və 20-də Məkkəyə yola salınacaqlar.

Xatırladaq ki, bu il Qurban bayramı noyabrın 27-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR