Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda işgüzar səfərdə olacaq

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda işgüzar səfərdə olacaq
# 16 noyabr 2009 07:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov noyabrın 16-dan-19-dək Gürcüstanda işgüzar səfərdə olacaq. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən bildirilib. Məlumata görə, səfər zamanı Azərbaycan və gürcü xalqları arasında qədim milli-dini əlaqələrin bugünkü durumu müzakirə olunacaq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılacaq, həmçinin mənəvi dəyərlərin yad təsirlərdən qorunması məsələlərinin iki qonşu ölkə arasındakı mövcud münasibətlər kontekstində öyrənilməsinə diqqət yetiriləcək.

Qeyd edilib ki, Gürcüstanda yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması, tarixi-dini abidələrimizin vəziyyəti, bərpa və təmir işləri ilə yaxından tanış olmaq baxımından səfər əhəmiyyətlidir.

Səfər zamanı dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də orada yaşayan azərbaycanlılarla görüşlər keçirmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR