Bank Of Baku

Azərbaycanlı zəvvarlar bu gün İordaniya ərazisinə daxil olacaqlar

Azərbaycanlı zəvvarlar bu gün İordaniya ərazisinə daxil olacaqlar
# 16 noyabr 2009 13:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar bu gün İordaniya ərazisinə daxil olacaqlar. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara rəhbər təyin edilən nümayəndəsi Hacı Həmdullah Babayev bildirib. Onun sözlərinə görə, bu gün zəvvarlar Suriya ərazisini tərk edərək, İordaniyaya, oradan isə Səudiyyə Ərəbistanı Krallığına daxil olacaqlar. H. Babayev deyib ki, zəvvarların səhhəti normaldır və onlar ziyarətlərini uğurla davam etdirirlər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə avtobusla 720 zəvvar gedib. Təyyarə ilə Həccə gedəcək zəvvarlar isə bu həftə yola salınacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR