Gündüz İsmayılov: “Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası, Bakı şəhər Dağ Yəhudilər icması və 30-a yaxın islam təmayüllü icma dövlət qeydiyyatından keçib”
- Qanuna əsasən, dini icmalar yenidən qeydiyyatdan keçmək üçün 1 yanvar 2010-cu ilədək sənədlərini Dövlət Komitəsinə təqdim etməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə qaydasında ləğv edilə bilər. Dövlət Komitəsi qanunda göstərilən vaxtı nəzərə alaraq, bütün lazımi tədbirləri görür ki, yenidən qeydiyyat prosesi vaxtında başa çatsın. İlk növbədə qanuna edilən əlavə və dəyişikliklərlə bağlı dini icmalar məlumatlandırıldı. Hətta əlavə və dəyişiklikləri, ümumiyyətlə, dövlət və din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ölkənin bütün bölgələrini əhatə edən seminar-treninqlər keçirildi. Dövlət Komitəsi bu seminar-treninqləri 2007-ci ildən başlayıb və mütəmadi təşkil edir. “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edildikdən sonra həmin seminar-treninqlər bu məsələyə həsr olunur.
Dini icmalar vaxtında məlumatlandırıldıqları üçün qeydiyyat prosesi sürətlə və intensiv həyata keçirilir. Üstəlik, lazımi sənədlərin hazırlanması məqsədilə onlara zəruri kömək göstərilir. Təbii ki, yerli icra hakimiyyəti orqanlarının da bu prosesdə böyük rolu var. Dövlət Komitəsi qeydiyyat prosesində onların imkanlarından maksimum istifadə etməyə çalışır. Çünki onların köməyi ilə dini icmaların sənədlərinin hazırlanması prosesi daha sürətlə gedir. Hazırda yenidən qeydiyyatla bağlı işlərin böyük bir hissəsini artıq başa çatdırmışıq. Hətta deyərdim ki, işin ən ağır hissəsi arxada qalıb.
- İndiyədək neçə dini icma qeydiyyatdan keçib?
- Qeydiyyatla bağlı işlərə ilk gündən başlanılıb. Təbii ki, sənədlərin hazırlanması müəyyən vaxt aparır. Bununla belə, sentyabr ayında ilk dini qurum – dini mərkəz qeydiyyatdan keçib. Bu, Qafqaz Müsəlmanları İdarəsidir. Daha sonra Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası, Bakı şəhər Dağ Yəhudilər icması yenidən dövlət qeydiyyatına alınıb. Eyni zamanda, 30-a yaxın islam təmayüllü dini icma bu günlərdə qeydiyyatdan keçib. Hazırda Dövlət Komitəsində 200-dən artıq dini icmanın sənədlərinə baxılır. Yaxın günlərdə mərhələ-mərhələ onların qeydiyyatdan keçməsinin şahidi olacağıq. Çünki həmin icmaların sənədləri tam qaydaya salındıqdan sonra qeydiyyatdan keçmələrində heç bir problem qalmayacaq. Təxmini hesablamalarımıza görə, ilin axırınadək Dövlət Komitəsinə 500-ə yaxın sənəd daxil olacaq. Bunu görülən işlərin real vəziyyəti də təsdiqləyir. Hazırda şəhər və rayonlarda icmaların qeydiyyat üçün sənədlərinin hazırlanması işi sürətlə davam edir. Hətta sənədlərini təqdim edən icmalar arasında ilk dəfə qeydiyyatdan keçənlər də var. Onların sayı kifayət qədərdir. Mənə elə gəlir ki, bu, dini qurumların hazırda qeydiyyat məsələsinə əvvəlki illərdən daha ciddi yanaşmasının göstəricidir.
- İlin sonunadək qeydiyyat üçün sənədlərini təqdim etməyən dini icmaların aqibəti necə olacaq?
- Bu məsələ qanunvericilikdə öz əksini tapıb. Sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı məhkəmə qaydasında ləğv edilə bilər. Dövlət Komitəsi dini icmaların qeydiyyatının ləğvində deyil, onların fəaliyyətinin qanuniləşdirilməsində maraqlıdır. Bunun üçün isə ilk növbədə dövlət qeydiyyatından keçmək lazımdır. Dəfələrlə bildirmişik ki, bu məsələdə dini icmalara qanun çərçivəsində istənilən köməyi göstərməyə hazırıq. Əgər hansısa icma məqsədli şəkildə bu işə biganə yanaşırsa və üzərinə düşən vəzifəni yerinə yetirmək istəmirsə, təbii ki, buna görə Dövlət Komitəsi məsuliyyət daşıya bilməz.
- Qeydiyyat məsələsində daha çox hansı dini qurumlar aktivdir: islam təmayüllü, yoxsa qeyri-islam təmayüllü dini icmalar? Ümumiyyətlə, bu sahədə hansı problemlərlə üzləşirsiniz?
- Ölkədə fəaliyyət göstərən və qeydiyyatdan keçən icmaların böyük əksəriyyəti islam təmayüllü dini qurumlardır. Çünki Azərbaycan İslam ölkəsidir və əhalinin təxminən 96 faizini müsəlmanlar təşkil edir. Amma qeydiyyat məsələsində hər iki tərəfdən aktivlik göstərən dini qurumlar var. Bunu indiyədək yenidən qeydiyyatdan keçmiş dini icmaların tərkibi də təsdiqləyir. Təəssüf ki, həm islam, həm də qeyri-islam icmaları arasında qeydiyyat məsələsinə biganə yanaşanlar da mövcuddur. Onların bəziləri fikirləşir ki, əvvəlki illərdə olduğu kimi yenə də qeydiyyatsız fəaliyyət göstərə biləcəklər. Amma bu, mümkünsüzdür. Çünki qanun buna yol vermir. Həmin dini icmalar nə qədər gec deyil, sənədlərini hazırlayıb, Dövlət Komitəsinə təqdim etməlidirlər. Belə icmaların arasında məqsədli şəkildə sənədlərini hazırlamayan dini qurumların olması istisna deyil. Onlar istəyirlər ki, ilin sonunadək qeydiyyat işini ləngitsinlər və bu prosesin uğurla başa çatmamasının səbəbkarı kimi Dövlət Komitəsini göstərsinlər. Hətta bu məsələdən süni ajiotaj yaratmaq istəyənlərin də mövcudluğunu istisna etmirik. Amma bəri başdan bildiririk ki, belə icmaların və onların arxasında dayanmış qrup və qüvvələrin öz məqsədlərinə çatmalarına imkan verilməyəcək.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq