Bank Of Baku

Azərbaycanlı zəvvarlarının növbəti qrupu bu gün təyyarə ilə Məkkəyə yola düşüb

Azərbaycanlı zəvvarlarının növbəti qrupu bu gün təyyarə ilə Məkkəyə yola düşüb
# 19 noyabr 2009 16:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan üçüncü təyyarə Məkkəyə yola düşüb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, zəvvarların təyyarə ilə Həccə yola salınması sabah da davam etdiriləcək. Onun sözlərinə görə, avtobusla Həccə gedənlər artıq Mədinə şəhərindədirlər və müqəddəs yerləri ziyarət edirlər.

R. Dadaşova zəvvarların hamısının səhhətinin normal olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR