Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə getmiş 2 min zəvvarın hamısının səhhəti normaldır

Azərbaycandan Həcc ziyarətinə getmiş 2 min zəvvarın hamısının səhhəti normaldır
# 23 noyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycandan Həcc ziyarətinə getmiş 2 min zəvvarın hamısının səhhəti normaldır. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara rəhbərlik edən nümayəndəsi Hacı Həmdulla Babayev bildirib. Onun sözlərinə görə, hazırda bütün zəvvarlar Məkkə şəhərinə toplaşıb və Ümrə ziyarətini başa çatdırıblar. QMİ rəsmisi builki Həcc ziyarəti zamanı qələbəliyin hiss edilmədiyini də diqqətə çatdırıb: “Adam az olduğu üçün çətinliklər də azdır. Burada da Qurban bayramı Azərbaycanda olduğu kimi, noyabrın 27-də qeyd olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR