Bank Of Baku

Sergey Narışkin Şeyxülislam Hacı Allahşükür Paşazadəyə layiq görüldüyü “Şərəf” ordenini təqdim edib - FOTOSESSİYA

Sergey Narışkin Şeyxülislam Hacı Allahşükür Paşazadəyə layiq görüldüyü “Şərəf” ordenini təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 23 noyabr 2009 13:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə “Şərəf” ordenini təqdim edib. APA-nın məlumatına görə, Şeyxülislam Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini bildirib: “Altmış illik yubileyimlə bağlı Rusiya prezidenti Dmitri Medvedyev mənə zəng edərək təbriklərini çatdırıb. Göstərdiyi diqqətə görə Rusiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”. QMİ sədri Azərbaycanda fəaliyyət göstərən rus pravoslav kilsəsi ilə yaxşı münasibətdə olduğunu söyləyib: “Biz Qafqazda sülhün olmasının istəyirik, amma elə qüvvələr var ki, Qafqazda münaqişələr yaradırlar, sülhün bərqərar olmasına imkan vermirlər. Azərbaycan tolerant ölkə kimi sülh istəyir”. Hacı Allahşükür Paşazadə gələn il aprelin 26-da Bakıda bütün dinlərin nümayəndələrinin iştirakı ilə böyük konfrans keçiriləcəyini bildirib. Sergey Narışkin ordeni QMİ sədrinə təqdim edib, ona xoş arzularını çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR