Bank Of Baku

Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin qeydiyyat şəhadətnaməsini Allahşükür Paşazadəyə təqdim edib - FOTOSESSİYA

Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin qeydiyyat şəhadətnaməsini Allahşükür Paşazadəyə təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 24 noyabr 2009 14:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən H. Orucov dini icmaların yenidən qeydiyyata alınması prosesinin başlandığını deyib. O, indiyə kimi komitəyə qeydiyyat üçün 200-dən artıq sənəd daxil olduğunu və müraciətlərin bir hissəsinin artıq təmin edildiyini söyləyib: “Qafqaz Müsəlmanları İdarəsi ilk qeydiyyatdan keçən qurumdur. Biz onu dini mərkəz kimi qeydiyyatdan keçirmişik. Sabahdan başqa icmalara da şəhadətnamələri təqdim etməyə başlayacağıq. Bəzən hansısa qurumun səlahiyyətinin az və ya çox olduğunu deyirlər. Ancaq biz bu idarə ilə heç bir səlahiyyət bölgüsü aparmadan çox sıx şəkildə işləyirik. Dövlətin dinə qayğısı həmişə hiss olunur”.

A. Paşazadə isə son illər cəmiyyətdə dindarlar haqqında düzgün fikir formalaşdığını vurğulayıb. Onun fikrincə, bu, həm də dövlət komitəsi və onun rəhbərliyinin apardığı işin nəticəsidir: “Əvvəl komitə ilə aramızda müəyyən anlaşılmazlıqlar yaranırdı. Hətta biz qeydiyyata alınan dini icmalar arasında 138-ci yerdə idik. Bu gün isə birinciyik. Hidayət Orucov komitəyə sədr təyin edildikdən sonra hər şey yaxşıdır”.

Tədbirdə A. Paşazadə H. Orucova hədiyyə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR