Bank Of Baku

Hidayət Orucov: “Qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti 2010-cu il yanvarın 1-dən dayandırılacaq”

Hidayət Orucov: “Qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti 2010-cu il yanvarın 1-dən dayandırılacaq”
# 25 noyabr 2009 10:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib ki, qeydiyyat üçün kifayət qədər imkan var: “Buyurub, qeydiyyatdan keçsinlər. Bizdə hazırda 200-dən çox müraciət var. Həmin müraciətləri araşdırmaqla məşğuluq”.

H. Orucov qeyd edib ki, Azərbaycanda zərərli dini meyllər az da olsa, hələ də qalmaqdadır: “Müsbətə doğru çox iş görülüb. Yad meyllərin çoxu sıradan çıxarılıb. Zərərli meyllər öz fəaliyyətlərini din pərdəsi altında həyata keçirirlər”.

Məscid tikintisi barədə danışan komitə sədri deyib ki, bu, halal yolla olmalıdır: “Müəyyən edilməlidir ki, onlar dinə, yoxsa siyasətə xidmət edirlər. Halal, düzgün yolla məscid tikintisinə heç kim etiraz eləmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR