Bank Of Baku

“İçərişəhər Cümə məscidi” Dini İcmasının sədri: “Hacı İlqar İbrahimoğlunun bizim icmanın adından danışmasının qarşısı alınmalıdır”

“İçərişəhər Cümə məscidi” Dini İcmasının sədri: “Hacı İlqar İbrahimoğlunun bizim icmanın adından danışmasının qarşısı alınmalıdır”
# 25 noyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Hacı İlqar İbrahimoğlu “İçərişəhər Cümə məscidi” Dini İcmasının adından danışmamalıdır. Bunun qarşısı alınmalıdır”. APA-nın xəbərinə görə, bunu “İçərişəhər Cümə məscidi” Dini İcmasının sədri və məscidin Axundu Surxay Məmmədli bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) bu gün keçirilən tədbirdə icmanın qeydiyyat şəhadətnaməsini alan S. Məmmədli Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlunun ünvanına ittihamlar səsləndirib: “O hələ də müxtəlif yollardan istifadə edib məscidin adından danışır. Burada oyunlar gedir, partlayışa səbəb olacaq oyunlar... Qanun da təsdiqləyir ki, biz qeydiyyatdan keçmişik və məsciddə biz fəaliyyət göstəririk. O bizim məscidin adından danışmamalıdır. Bunun qarşısı alınmalıdır”.

DQİDK-nin sədri Hidayət Orucov isə S. Məmmədliyə cavab olaraq bunları deyib: “Sizin icma qeydiyyatdan keçib, mən sizi tanıyıram. O isə dinin adından danışır”.

İlqar İbrahimoğlu isə APA-ya açıqlamasında Hacı Surxay Məmmədlinin dediklərinə münasibət bildirmək istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR