Bank Of Baku

Həcc ziyarətində olan zəvvarlar Mina çölündə təhlükə ilə üzləşiblər: “Ziyarətimiz baş tutmaya bilər”

Həcc ziyarətində olan zəvvarlar Mina çölündə təhlükə ilə üzləşiblər: “Ziyarətimiz baş tutmaya bilər”
# 25 noyabr 2009 13:25 (UTC +04:00)
Azərbaycandan Həcc ziyarətində iştirak edən zəvvarların APA-ya verdiyi məlumata görə, yağışın selə çevrilmə təhlükəsi var. Zəvvarlar baş verən bu hadisədən narahatlıq keçirdiklərini, belə davam edərsə, vacib əməlləri yerinə yetirməkdə problem yaşanacağını qeyd ediblər: “Əgər güclü yağış selə çevrilsə və bu bir neçə gün davam etsə, lazımi ayinlərin hamısını yerinə yetirə bilməyəcəyik. Belə olan halda isə ziyarətimiz baş tutmaya bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarətində iştirak edən zəvvarlara rəhbərlik edən nümayəndəsi Həmdulla Babayev APA-a açıqlamasında Mina çölündə yağış yağdığını təsdiqləyib. Onun sözlərinə görə, yağış yağmasına baxmayaraq, zəvvarların ziyarəti üçün heç bir problem yoxdur: “Hazırda Məkkədə müsbət 21-22 dərəcə istilik müşahidə olunur. Hava çox yaxşıdır, hər şey öz qaydasındadır”.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, onlar baş verən bu təbiət hadisəsindən xəbərdardırlar və yaranmış vəziyyət zəvvarlar üçün heç bir problem yaratmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR