Bank Of Baku

Azərbaycanlı zəvvarlar Ciddədə baş verən seldən ziyan çəkməyiblər

Azərbaycanlı zəvvarlar Ciddədə baş verən seldən ziyan çəkməyiblər
# 26 noyabr 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlar artıq Ərəfat dağındadır və onlar ziyarətlə bağlı heç bir problemlə qarşılaşmayıblar”. Bu açıqlamanı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Bu saatlarda ziyarətdə olan zəvvarlarla telefon əlaqəsi yaratdığını deyən R. Dadaşovanın sözlərinə görə, zəvvarlar hazırda Ərəfat dağında günəşli havanın olduğunu, yağış yağmadığını bildiriblər. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, hazırda azərbaycanlı zəvvarların səhhətində hər hansı problem müşahidə olunmayıb. Sabah isə Məkkədə şeytanın daşa basılması mərasimi keçiriləcək, daha sonra qurbanlar kəsiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR