Bank Of Baku

İlqar İbrahimoğlu: “Fatimeyi Zəhra məscidi sökülərsə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini suçlu biləcəyik”

İlqar İbrahimoğlu: “Fatimeyi Zəhra məscidi sökülərsə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini suçlu biləcəyik”
# 26 noyabr 2009 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu Yəmənda baş verən qətllər və Bakıda “Fatimeyi Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarı ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. İbrahimoğlu bildirib ki, bir müddətdir Yəmən hakimiyyəti müxalif qüvvələrlə mübarizə adı altında dinc insanlara qarşı kütləvi qətllər həyata keçirir. Bu aksiyada fosfor tərkibli silahlardan istifadə edildiyini nəzərə çatdıran İ. İbrahimoğlu deyib ki, Həcc ziyarəti ərəfəsində hakimiyyətin bu addımları daha da kütləviləşib: “Təəssüf ki, bu qətlimla bağlı müsəlman dünyasında süstlük var”.

Apellyasiya Məhkəməsinin “Fatimeyi Zəhra” məscidinin sökülməsi barədə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlamasını ədalətsiz sayan İ. İbrahimoğlu bəyan edib ki, məhkəmədən əvvəl bütün dini qurumlar bu qərarın ləğvini tələb edib: “Amma bunun əksinə olan bir qərarın qəbulu onu deməyə əsas verir ki, ölkədə dini qarşıdurmanın yaranmasında maraqlı olan qüvvələr var”. İ. İbrahimoğlu dindarları bu məsələdə öz haqlarını müdafiə etməyə dəvət etməklə bərabər onları təxribatlara uymamağa çağırıb: “Əgər bu məscid sökülərsə, biz Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini suçlu biləcəyik. Çünki onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR