Bank Of Baku

Azərbaycan İslam Partiyası “Fatimeyi-Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarı ilə bağlı bəyanat yayıb

Azərbaycan İslam Partiyası “Fatimeyi-Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarı ilə bağlı bəyanat yayıb
# 26 noyabr 2009 14:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında “Fatimeyi-Zəhra” məscidinin sökülməsinə ilə bağlı məhkəmə qərarına etiraz olaraq bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda məhkəmənin ədalətsiz qərar çıxardığı bildirilib və Azərbaycan xalqının 97 faizinin müsəlman olması, Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsini nəzərə alaraq bu qərarın qəbulunu əsassız hesab edib. Bu addımı xalqın mənəviyyatına, milli mənliyinə, vəhdətinə zərbə vurduğunu bildirən partiya bunu Azərbaycan dindarlarına, mömin insanlara və bütövlükdə dünya müsəlmanlarına təhqir mesajı kimi qiymətləndirib: “Hesab edirik ki, Azərbaycanda məscidlərin dağıdılması ənənəsi, Fatimeyi-Zəhra (s.ə)–ın adını daşıyan məscidin sökülməsinə dair məhkəmə qərarı məhz bu niyyətə xidmət edir. Məscid söküntüsü prosesində digər məqsəd ayrı-ayrı məmurların düşmən dəyirmanına su tökmək, ölkədə qarşıdurma yaratmaq, stabilliyi kobud şəkildə pozmaq istəyidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR