Bank Of Baku

Qurban bayramı münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi tədbirlər təşkil edib

Qurban bayramı münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi tədbirlər təşkil edib
# 27 noyabr 2009 10:07 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva. APA. Müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya müxbirinin məlumatına görə, Bişkek şəhərinin meriyası nəzdində fəaliyyət göstərən Uşaqların Sosial Uyğunlaşma Mərkəzi və Qocalar Evinə qurban payı, ərzaq və digər bayram sovqatları paylanıb.

Məlumata görə, Qazaxıstan Azərbaycanlıları Etno Mədəni Mərkəzi İttifaqının üzvləri, Azərbaycan diasporunun nümayəndələri də bu gün Astana şəhərindəki SOS Kəndi, uşaq şəhərciyində, habelə Qocalar Evindəki kimsəsizləri yad edərək, onların bayramlarını təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR