Bank Of Baku

Vaşinqtonda İslam dünyasına həsr olunmuş sərgi açılıb

Vaşinqtonda İslam dünyasına həsr olunmuş sərgi açılıb
# 30 noyabr 2009 10:52 (UTC +04:00)
Sərgi təşkilatçılarının APA-nın Vaşinqtondakı müxbirinə verdiyi məlumata görə, sərgidə IX-XX əsrləri əhatə edən 2 200-dən artıq incəsənət nümunəsi və tarixi eksponatlar nümayiş olunur.

Belə ki, ziyarətçilərə tarixi IX-XIII əsrlərə gedib çıxan və ərəb xilafəti dövründə Azərbaycan, İran və digər ərazilərdə formalaşan incəsənəti özündə təcəssüm etdirən böyük bir keramika kolleksiyası təqdim olunur.

Sərgidə həmçinin Misir və Suriya metal işləmələri, İran, Ərəb dünyası və Türkiyədən gətirilən Quran topluları, eyni zamanda ərəb xilafətinin tərkibində olmuş ərazilərdən gətirilən illüstrasiyalı və miniatür əlyazmalar nümayiş olunur.

Ziyarətçilərin sözlərinə görə, belə sərgilər İslam barədə daha dolğun təəssürat yaratmağa, İslamın əsasları, tarixdəki izi, eyni zamanda incəsənət və coğrafiya sahəsində məlumatların çatdırmasına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR