Bank Of Baku

Vəhdət Partiyası İsveçrədə məscid minarələrinin tikilməsinə qadağa qoyulmasını pisləyib

Vəhdət Partiyası İsveçrədə məscid minarələrinin tikilməsinə qadağa qoyulmasını pisləyib
# 02 dekabr 2009 21:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Vəhdət Partiyası İsveçrədə məscid minarələrinin tikilməsinə qadağa qoyulması ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda İsveçrədə məscid tikintisinə qoyulan qadağa pislənilib: “İsveçrədə keçirilən referendumda 57 faiz lehinə səs verilməsi bu dövlətin imicinə zərbə vurmaqla yanaşı, vicdan azadlığının pozulmasına, İslam və ümumbəşəri dəyərlərin ciddi zədələnməsinə səbəb olan nəticələrə gətirib çıxara bilər”.

Bəyanatda bildirilib ki, özünü bitərəf və tolerantlığın bayraqdarı hesab edən və ərazisində cəmi 4 məscid olan cəmiyyətin belə bir ictimai rəy yaratması qarşılıqlı etimadsızlıq şəraiti yaradacaq: “Vəhdət Partiyası İsveçrə dövlətinə müraciət edərək, parlamentdə həmin referendumun nəticələrini təsdiq etməməyə və müvafiq addımlar atmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR