Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeddi əməkdaş dövlət qulluğuna qəbul olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeddi əməkdaş dövlət qulluğuna qəbul olunub
# 03 dekabr 2009 10:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeddi əməkdaşı dövlət qulluğuna qəbul edib. APA-nın xəbərinə görə, bu münasibətlə Dövlət Komitəsində tədbir keçirilib. Komitə sədri Hidayət Orucov Dövlət Qulluğu Komissiyasından keçən əməkdaşların bir müddət təcrübə keçdiklərini, bu müddətdə özlərini təsdiqlədiklərini deyib. H. Orucov yeni dövlət qulluğuna qəbul olunan əməkdaşlara tövsiyələrini verərək, onlara qanunlara əməl etməyi, dövlət maraqlarını hər zaman üstün tutmağı tapşırıb. Bundan sonra, dövlət qulluğuna qəbul olunan yeddi əməkdaşın andiçmə mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR