Bank Of Baku

Hidayət Orucov: “Sənədləri qaydasında olmayan məscidlərin məsələsinə baxılır”

Hidayət Orucov: “Sənədləri qaydasında olmayan məscidlərin məsələsinə baxılır”
# 03 dekabr 2009 11:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Artıq 315 dini icma qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onların bir hissəsi artıq qeydiyyata alınıb. Hazırda qeydiyyat üçün sənədlərin daxil olması və qeydiyyata alınma prosesi davam edir”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınmasına ciddi ehtiyac olub: “Dini icma dinə xidmət etməlidir”.

H. Orucov sənədləri qaydasında olmayan məscidlərin məsələsinə baxıldığını da bildirib. Onun sözlərinə görə, məscid tikənlər, təmir-bərpa etmək istəyənlər mütləq Dövlət Komitəsinə müraciət etməlidirlər: “Yalnız komitənin rəyi ilə bu işlər aparıla bilər. Bəzi tikililər yarımçıq, bəziləri isə təmir-bərpa olunur. Bütün bu işlər bizim nəzarətimizdədir. Yenə də deyirəm ki, Dövlət Komitəsinə müraciət edilməli, bütün proseslər qanun çərçivəsində olmalıdır. Qanundan kənar heç bir tikinti və təmir-bərpa işlərinə yol verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR