Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri İsveçrədə minarələrin inşasına qoyulan qadağanı pisləyirlər - SORĞU
Konstantin Ata Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını deyib: “Biz öz dini mərasimlərimizi rahat şəkildə həyata keçiririk, azad şəkildə ibadətlərimizi edirik, məzarlarımızı ziyarət edirik. Əgər biz Bakının mərkəzində tədbir keçirmək istəyəndə - məsələn, iyunun 24-də Qız Qalasının yanında Apostol Varfolomeylə bağlı ibadət keçirirdik - bununla bağlı şəhər rəhbərliyi bizə hər zaman icazə verir. Bizim fəaliyyətimiz üçün heç bir maneə yoxdur, nə kilsələrdə zənglərin çalınmasına, nə ibadət, nə də ki xaç yürüşü keçirməyə heç bir məhdudiyyət yoxdur. Şəhərin mərkəzində ibadət və yaxud da xaç yürüşü keçirmək istəyəndə meriya digər sanksiyalı kütləvi tədbirlərə olduğu kimi icazə verir. Bizim bütün kilsələrimizdə səhər saat 9-da və axşam saat 17-də kilsə zəngləri çalınır, Pasxa və Milad bayramlarında isə kilsə zəngləri heç bir qadağa və məhdudiyyət qoyulmadan gecə də çalınır”.
Azərbaycanda yaşayan Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç də məsələyə münasibət bildirib: “Deyirlər ki, Avropa ölkələri tolerant ölkələrdir, amma bu ölkələrdə məscidlərin, sinaqoqlarn və katolik kilsələrin inşasına məhdudiyyətlər qoyulur. Mənim üçün çox təəccüblüdür ki, İsveçrə və bu ölkənin vətəndaşları belə bir qərar verdilər. Mən buna mənfi münasibət bildirirəm”. İcma rəhbəri Azərbaycanda təmsil etdiyi icmanın fəaliyyəti üçün heç bir problem olmadığını deyib: “7 il əvvəl yeni sinaqoqainşa etmişik, onun fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycan dünyanın tolerant ölkələrindən biridir, bir çox beynəlxalq konfranslarda bu ölkə digərləri üçün nümunə kimi göstərilir”.
Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov APA-ya açıqlamasında İsveçrədə çox az sayda müsəlman yaşadığını xatırladıb: “İsveçrə Avropa ölkəsidir, orada cəmisi 4 minarə varsa, deməli islam tərəfdarlarının sayı çox deyil. Həmin minarələri qorumaq lazımdır. Hansı dinə aid olmasından asılı olmayaraq, müqəddəs olan dini abidələri sındırmaq, məhv etmək olmaz. Bu kafirlikdir, Allah belə insanları cəzalandırır. Minarələr gözəllikdən başqa heç nə yaratmır”.
Semyon İxillov Azərbaycanın tolerant bir ölkə olduğunu vurğulayb: “Bu ölkədə hər bir şeyə böyük hörmətlə yanaşılır. Burada nə minarələr, nə azan, nə kilsələr, nə sinaqoqlar heç kimə maneçilik etmir. İstənilən ibadət aparılırsa, ona hörmət etmək lazımdır, çünki ibadət edən insanlarla böyük yaradan arasında ünsiyyət yaranır, ona görə də bu mənzərəyə hörmətlə, anlamla yanaşmalısan”. Semyon İxillov Dağ Yəhudiləri İcmasının Azərbaycanda çox sərbəst fəaliyyət göstərdiyini deyib: “Hətta ayda bir dəfə, yeni ay çıxanda biz ibadətimizi sinaqoqun həyətində keçiririk, yeni aya ibadət edirik. Bizim fəaliyyətimiz üçün heç bir məhdudiyyət yoxdur və heç vaxt olmayıb, biz heç kimə maneçilik etmirik. Bu ənənələr tarixidir və heç nə dəyişilə bilməz”.
Azərbaycanda fəaliyyət göstərən katolik kilsənin rəhbəri Vladimir Fekete isə İsveçrədə referendumlar tez-tez keçirildiyini deyib: “İldə 4-5 dəfə bu ölkənin rəhbərliyi əhalidən müəyyən məsələlərə münasibət öyrənir. Minarələrlə bağlı referenduma Müqəddəs Taxt Tac münasibət bildirərək öz təəccübünü bildirib və bunu dini azadlığın məhdudiyyəti kimi dəyərləndirib. Belə bir referendum nə dinlərarası, nə də dövlətlərarası münasibətlərin inkişafına xidmət etmir”.
Vladimir Fekete Bakıda bir aydan az bir müddətdə çalışdığını bildirib: “Bu müddətdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata ilə görüşmüşəm. Bu görüşlərdən başa düşdüm ki, bu ölkədə dinlərarası münasibətlər çox yüksək səviyyədədir. Bu müddətdə katoliklərə aid olan heç bir problem barədə eşitməmişəm. Bakıda yeni katolik kilsə inşa edilib, orada quraşdırılmış zənglər gündə bir dəfə, bazar günləri isə üç dəfə səsləndirilir”.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq