Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycan paytaxtında yeni sinaqoqun inşasına başlanacaq

Yaxın vaxtlarda Azərbaycan paytaxtında yeni sinaqoqun inşasına başlanacaq
# 03 dekabr 2009 12:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda yeni sinaqoq inşa ediləcək. APA-nın məlumatına görə, yeni sinaqoq “beşmərtəbə” adlanan yerə yaxın ərazidə inşa olunacaq. Dağ yəhudiləri üçün nəzərdə tutulan yeni sinaqoq hazırda Şəmsi Bədəlbəyli küçəsində yerləşən qədim sinaqoqun əvəzinə inşa ediləcək. Əvvəlki sinaqoq həmin ərazidə aparılan rekonstruksiya işləri - Heydər Əliyev Sarayının arxasında yaradılan «Qış Bağı» ilə əlaqədar söküləcək. Hazırda yeni sinaqoqun layihəsi üzərində tamamlama işləri aparılır, yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

Məlumata münasibət bildirən Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov APA-ya deyib ki, tam informasiya vermək üçün əlində hələlik lazımi sənədlər yoxdur, layihə üzərində iş davam etdirilir: “Biz əminik ki, bizim bütün istəyimiz həyata keçiriləcək, çünki bizim arxamızda prezident İlham Əliyev dayanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR