Bank Of Baku

Azərbaycanlı Hacıların ilk qrupu bu gecə Vətənə çatacaq

Azərbaycanlı Hacıların ilk qrupu bu gecə Vətənə çatacaq
# 03 dekabr 2009 14:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanlı Hacıların ilk qrupu bu gecə Vətənə çatacaq. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib. Sədr müavini deyib ki, ziyarətdən avtobusla qayıdan Hacıların hamısı yoldadır: “Onların bir hissəsi Suriya ərazisindədir. Bir hissəsi isə artıq bu axşam ölkəyə çatacaqlar”.

Onun sözlərinə görə, təyyarə ilə ziyarətə gedən Hacıların isə sabahdan ölkəyə qayıtması gözlənilir: “Bütün Hacıların səhhəti normaldır. Heç bir problem yoxdur”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətində 2 min nəfər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR