QMİ nümayəndəsi: “Avtobusla Həccə gedən Azərbaycan vətəndaşlarının hamısı Vətənə qayıdıb”

QMİ nümayəndəsi: “Avtobusla Həccə gedən Azərbaycan vətəndaşlarının hamısı Vətənə qayıdıb”
# 05 dekabr 2009 08:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bu il Qafqaz Müsəlmanları İdarəsi Həcc missiyasını uğurla başa vurdu. Göründüyü kimi, böyük təhlükələrin mövcudluğunun söylənməsinə baxmayaraq, biz sağ-salamat öz evimizə qayıtdıq”. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasına rəhbərlik edən nümayəndəsi Hacı Həmdulla Babayev deyib. Artıq avtobusla Həccə gedən Azərbaycan vətəndaşlarının hamısının Vətənə qayıtdığını deyən H. Babayev bu gün və sabah Hacıları ölkəyə gətirən sonuncu təyyarə reyslərinin də həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, builki Həcc ziyarəti zamanı azərbaycanlılar heç bir çətinliklə qarşılaşmayıb, onların yerləşməsi, müqəddəs yerləri ziyarət etməsi üçün normal şərait mövcud olub.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətində 2 min nəfər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR