Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi müsəlman dini icmalarına xarici təsirlərdən qorunmağı tövsiyə edir

Qafqaz Müsəlmanları İdarəsi müsəlman dini icmalarına xarici təsirlərdən qorunmağı tövsiyə edir
# 08 dekabr 2009 10:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Yenidən dövlət qeydiyyatına alınan müsəlman dini icmalarına xarici təsirlərdən qorunmağı tövsiyə edirəm. Bəzi zərərli cərəyanlar var ki, onlara dini icmalar da qoşulur. Buna yol vermək olmaz”. APA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, müfti Salman Musayev qeydiyyata alınan dini icmalara şəhadətnamələr təqdim olunarkən deyib. O bildirib ki, qeydiyyata alınan dini icmalar qanunlara və QMİ-nin tövsiyələrinə əməl etməlidir. S. Musayev hesab edir ki, icma rəhbərləri nizamnamələrini dərindən öyrənməli və ona uyğun addım atmalıdır.

Qeyd edək ki, QMİ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan dini mərkəz kimi keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR