Bank Of Baku

Hidayət Orucov: “Bundan sonra dini kitablar ancaq ixtisaslaşmış mağazalarda satılacaq”

Hidayət Orucov: “Bundan sonra dini kitablar ancaq ixtisaslaşmış mağazalarda satılacaq”
# 08 dekabr 2009 10:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov qeydiyyata alınan dini icmalara şəhadətnamələr təqdim olunarkən bildirib. O deyib ki, Azərbaycanda məhərrəmlikdə zəncir vurmağa cəhd edənlər haradansa istiqamətləndirilirlər. Hidayət Orucovun sözlərinə görə, ötən məhərrəmlikdə bu məsələ diqqətdə saxlanılıb və məlum olub ki, ancaq üç məsciddə zəncir vurmağa cəhd edilib: “Hər üç məsciddə bu işi görmək istəyənlər eyni adamlar olub. Bəzən məhərrəmlikdə küçə yürüşləri edirlər. Bunlar nəyə lazımdır? İnsan öz kədərini içində daşımalıdır. Azərbaycanda elə hüzn yerləri var ki, heç orada uca səslə ağlamırlar. Onlar başqalarını narahat etmədən öz içində ağlayırlar” .

Dövlət Komitəsinin sədri “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişiklik edildikdən sonra, indiyədək mövcud olan bir çox narahatedici məsələlərin aradan qalxdığını diqqətə çatdırıb: “Bundan sonra dini kitablar ancaq ixtisaslaşmış mağazalarda satılacaq. Belə mağazaların açılması üçün müvafiq icra hakimiyyəti və Dini Komitəyə müraciət olunmalıdır. Bunun üçün heç kəsdən bir manat istənilməyəcək. Proses tam şəffaf keçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR