Komitə sədri: “Bəzi dövlətlər öz dövlət-din modelini Azərbaycanda tətbiq etmək istəyir”

Komitə sədri: “Bəzi dövlətlər öz dövlət-din modelini Azərbaycanda tətbiq etmək istəyir”
# 08 dekabr 2009 10:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakının ən qədim məscidi olan “Bəylər” məscidi təmir-bərpa olunacaq. APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri İçərişəhərdə yerləşən məscidin vəziyyəti ilə tanış olduğunu bildirib. Onun sözlərinə görə, XI əsrə aid olan məscidin təmir-bərpası ilə bağlı layihə-smeta xərcləri artıq hazırdır. H. Orucov Azərbaycanda məscidlərin təmir-bərpasının daim diqqət mərkəzində olduğunu da deyib: “Azərbaycan məscid sökən yox, tikən ölkədir. Qanunsuz tikililər sökülüb, bundan sonra da söküləcək. Bəzən məscid adı ilə qanunsuz tikililər inşa edənlər müxtəlif məhkəmə instansiyalarına üz tuturlar. Onlar nahaq yerə vaxt itirirlər. Azərbaycanda dinin siyasiləşməsinə yol verilməyəcək. Ekstremist hərəkətlərin qarşısı alınmalıdır. Bəzi dövlətlər öz dövlət-din modelini Azərbaycanda tətbiq etmək istəyir. Azərbaycan buna yol verməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR