Bank Of Baku

Azərbaycan paytaxtında məscidinin sökülməsinə etiraz olaraq aksiya keçiriləcək

Azərbaycan paytaxtında məscidinin sökülməsinə etiraz olaraq aksiya keçiriləcək
# 08 dekabr 2009 12:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bir qrup siyasi və ictimai təşkilat “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı məhkəmə qərarına etiraz olaraq kütləvi aksiya keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə aksiyanın dekabrın 11-də məscidin binası qarşısında keçiriləcəyi bildirilib.

Aksiyada məscidin sökülməsi ilə bağlı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi və apellyasiya məhkəməsinin qərarlarının ləğv olunması tələb ediləcək. Tədbirdə 50 nəfərin iştirakı nəzərdə tutulub.

Müraciəti Fəzilət, İslam partiyaları, Azərbaycan Birlik Təşkilatı, “Azərbaycanın İnkişafı və Gələcək Naminə” və “Sağlam Mühit və Sağlam Gələcək” ictimai birlikləri imzalayıb.

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR