Bank Of Baku

DEVAMM Azərbaycanda dini etiqad azadlığı sahəsinə dair hesabatı açıqlayıb

DEVAMM Azərbaycanda dini etiqad azadlığı sahəsinə dair hesabatı açıqlayıb
# 09 dekabr 2009 14:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) 2009-cu il ərzində Azərbaycanda dini etiqad azadlığı sahəsində baş verən dəyişikliklərə dair hesabatı açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İlqar İbrahimoğlu bu gün keçirdiyi mətbuat konfransında ilin əvvəlindən başlayaraq ölkədə dini etiqad və vicdan azadlığı sahəsində vəziyyətin pisləşdiyini deyib. Həm qanunvericilikdə, həm praktikada vicdan azadlığının məhdudlaşdırılması, o cümlədən dini etiqad azadlığının əsassız və qanunsuz pozulması hallarının artdığı hesabatda qeyd olunub. Bundan əlavə ilin əvvəlindən bu vaxta qədər ölkədə 2 məscidin söküldüyü, 1 məscidin ərazisini zəbt etmək cəhdinin olduğu, 1 məscidin sökülməsinə cəhd edildiyi, 3 məscidin isə bağlandığı qeyd edilib. İl ərzində bəzi bölgələrdə tədris müəssisələrində tələbə və müəllimələrə hicab qadağasının tətbiq olunduğu, azanla bağlı böhranın yaşandığı da hesabata daxil edilib.

İ. İbrahimoğlu bildirib ki, bu kimi hallar dini etiqad azadlığının pisləşməsinə birbaşa və bilavasitə səbəb olmaqla yanaşı, din adından ekstremist və radikal layihələrin müəlliflərinə güclü yardım etmiş olur: “Göstərilən faktlar din adından ekstremizm pərdəsi altında ictimai sabitliyin pozulmasına şərait yaradır, marginallaşdırılmış kateqoriyaların bu fonda say artımına səbəb olur və ictimai proseslərin mənfi məcraya yönəlməsi perspektivini reallaşdırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR