Bank Of Baku

Dini İcma “Fatimeyi Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarının ləğvini tələb edən aksiya keçirilməsinin tərəfdarı deyil

Dini İcma “Fatimeyi Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarının ləğvini tələb edən aksiya keçirilməsinin tərəfdarı deyil
# 10 dekabr 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Fatimeyi-Zəhra” Dini İcması eyni adlı məscidin sökülməsi ilə bağlı məhkəmə qərarının ləğvini tələb edən kütləvi aksiyaların keçirilməsinin tərəfdarı deyil. Bu barədə APA-ya Dini İcmanın rəhbəri Seyid Tofiq Rəzizadə məlumat verib. Onun sözlərinə görə, Dini İcmanın bununla bağlı toplantısı keçirilib və təşkil olunacaq kütləvi tədbirlərə qatılmamaq qərarı qəbul edilib: “Məscidin sökülməsi ilə bağlı məhkəmə qərarı qəbul edilib və biz məsələnin qanuna yolla həll olunmasına tərəfdarıq. Kütləvi aksiyalarla bu qərarın ləğv ediləcəyini gözləmirik. Bununla bərabər, məsələ ilə bağlı ölkə prezidentinə müraciət etmişik və bu məsələni diqqətdə saxlayacağını düşünürük”.

T. Rəzizadə onu da qeyd edib ki, 2002-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti məscidin tikintisi üçün 3 min manat ayırıb. İclasda həmin vəsaitin İcra Hakimiyyətinə geri qaytarılması barədə də qərar qəbul edilib.

İcma rəhbəri məscidin girişindən polis postunun götürülmədiyini də qeyd edib: “Hazırda məscidə heç kim buraxılmır”.

Qeyd edək ki, bir qrup siyasi və ictimai təşkilat “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı məhkəmə qərarına etiraz olaraq kütləvi aksiya keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR