Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Məhərrəm ayı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Məhərrəm ayı ilə bağlı fətva verib
# 15 dekabr 2009 09:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının iclasında çıxış edərək bu il Məhərrəmliyin Yeni ilə təsadüf etdiyini qeyd edib. O, Aşura günü ilə bağlı son illər təziyyə günlərində QMİ-nin təşəbbüsü ilə qanvermə aksiyalarının keçirildiyini bildirib: “Xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn xatirinə qanvermə aksiyası ən münasib təziyyədarlıq nümunəsi kimi örnək olmalıdır. Ümidvarıq ki, dindarlarımız bu il də təziyyədarlıq zamanı bu humanist ənənəni davam etdirərək islamın şəhidlik fəlsəfəsini mahiyyətinə daha dərindən varmağa nail olacaqlar”.

eyd edək ki, Məhərrəm Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və tərəfdarları Yəzd ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR