Bank Of Baku

Allahşükür Paşazadə: “Bəzi məmurlar heç bir göstəriş olmadan azanın səsgücləndirici ilə verilməməsini tələb edirlər”

Allahşükür Paşazadə: “Bəzi məmurlar heç bir göstəriş olmadan azanın səsgücləndirici ilə verilməməsini tələb edirlər”
# 15 dekabr 2009 11:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, yalnız xəstəxanalar və bu kimi digər yerlərə yaxın məscidlərdə səsgücləndiricinin səsinin aşağı olmasını tələb etmək olar: “Əgər toyda, konfranslarda, şadlıq evlərində , Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, o zaman dindarlar məsciddə bundan niyə istifadə etməməlidirlər? Amma bəzən məsciddə 5 nəfər olur və çox güclü səs verirlər. Buna da ehtiyac yoxdur. Yəni ehtiyac olan qədər səs vermək lazımdır. Heç kim buna etiraz edə bilməz. Azan bizim bir parçamızdır”.

A. Paşazadə, həmçinin bəzi hallarda məscidlərdə azanın fərqli vaxtlarda verilməsinin də doğru olmadığını qeyd edib: “Azan bəzən bir yerdə 10 dəqiqə əvvəl, bəzi yerlərdə isə 10 dəqiqə sonra verilir. Bu da düzgün deyil. Həm sünnilərdə, həm də şiələrdə azanla bağlı 4 dəqiqə ehtiyat yer var. Gəlin həm sünilər, həm şiələr bir olaraq, azanı eyni vaxtda səsləndirək”.

A. Paşazadə bəzi Axundların fəaliyyətini də tənqid edib: “Axund ona görə təyin edilir ki, məscidə kənardan gələn mərsiyə, moizə təqdim olunmasın. O, təxribat xarakterli çıxışların hamısına cavabdehlik daşıyır. Axund həmin məscidə öz işini görmək üçün təyin olunur. Amma bəzi Axundlar aylarla çıxıb Dubaya, Brana gedir, öz şəxsi işləri ilə məşğul olurlar. Bunların hamısının qarşısı alınacaq. Biz gözləyirik ki, dini icmaların təkrar qeydiyyatı başa çatsın, onda bunların hamısı barədə yenidən düşünəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR