Bank Of Baku

Allahşükür Paşazadə: “Biz sübut etdik ki, heç kim Allahın mərhəmətinə qarşı çıxa bilməz”

Allahşükür Paşazadə: “Biz sübut etdik ki, heç kim Allahın mərhəmətinə qarşı çıxa bilməz”
# 15 dekabr 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bəzi ruhu zəif insanlar Həcc ziyarətinə gedənlərə tövsiyə edirdilər ki, “donuz qripi” yayılıb, bu ziyarətə getməyin, öləcəksiniz. Amma heç kim Allahın buyurduqlarına qarşı gedə bilməz”. APA-nın məlumatına görə bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında deyib. Şeyxülislam bildirib ki, Azərbaycandan gedən zəvvarlar bütün Həcc əməllərini tam yerinə yetirib, sağ-salamat evlərinə qayıdıblar: “Hətta bəziləri ümumiyyətlə, ziyarətin təxirə salınmasını təklif edirdilər. Amma bu işdə Allah-Təala bizə kömək etdi. Biz sübut etdik ki, heç kim Allahın mərhəmətinə qarşı çıxa bilməz”.

A. Paşazadə çıxışında məmurlarla din xadimləri arasında münasibətlərə də toxunub: “Nə məmurlar din xadimlərinə, nə də din xadimləri məmurlara hökm etməlidir. Bu münasibətlər bir-birinə ehtiramla, qarşılıqlı anlaşma əsasında qurulmalıdır”.

Şeyxülislam iclasda iştirak edən dindarlara müraciət edərək bildirib ki, əgər məmurlarla problem olan zaman İdarəyə müraciət etsinlər: “Biz yaranmış hər hansı problemin qanuni yolla həllinə tərəfdarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR