Bank Of Baku

Azərbaycanda 100-dən çox dini icma təkrar dövlət qeydiyyatından keçib

Azərbaycanda 100-dən çox dini icma təkrar dövlət qeydiyyatından keçib
# 16 dekabr 2009 09:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 30 dini icmanı dövlət qeydiyyatına alıb. Bu barədə APA-ya DQİDK-dan məlumat verilib. Məlumata görə, artıq təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 100-ü ötüb. Onların əksəriyyəti İslam təmayüllü dini icmalar olsa da, aralarında qeyri-İslam təmayüllüləri də var. Sabah Dövlət Komitəsində keçiriləcək tədbirdə yeni qeydiyyata alınan 30-dan artıq icmaya şəhadətnamələr təqdim olunacaq.

Dövlət Komitəsindən, həmçinin bildirilib ki, qeydiyyat üçün müraciət edən icmaların sayı 500-ə çatıb.

Qeyd edək ki, “Dini etiqad və vicdan azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliyə əsasən, dini icmaların 2010-cu il yanvarından qeydiyyatsız fəaliyyət göstərməsinə icazə verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR