Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda dini mərasimlərdə istifadə olunan zəncirlər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir”

Hidayət Orucov: “Azərbaycanda dini mərasimlərdə istifadə olunan zəncirlər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir”
# 17 dekabr 2009 10:57 (UTC +04:00)
Bu kimi halların ictimaiyyət tərəfindən qəbul edilmədiyini qeyd edən komitə sədri Dövlət Gömrük Komitəsi və digər müvafiq qurumların zəncirlərin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınmasında xüsusi tədbirlər həyata keçirdiyini söyləyib.

H. Orucov həmçinin ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşündə onları da bu kimi məsələlərdə həssas olmağa çağırıb: “Aşura günü bütün islam dünyasının faciəsidir. Lakin bu gündən bir çox radikal qüvvələr öz məqsədləri üçün istifadə edir. Ötən il Azərbaycanda bir neçə yerdə özlərini zəncirləyən şəxslərə təsadüf olundu. Araşdırmalar zamanı onların başqa məqsədlərə xidmət etdiyi ortaya çıxdı. Ona görədə, mən bu kimi məsələlərdə hər bir müsəlmanı həssas olmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR