Bank Of Baku

Azərbaycan prezidenti Heydər Əliyev Fondunun layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi ilə tanış olub

Azərbaycan prezidenti Heydər Əliyev Fondunun layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi ilə tanış olub
# 19 dekabr 2009 18:36 (UTC +04:00)
Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirib, dindarlar və qəsəbə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, inşasına 1896-cı ildə başlanmış Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə yenidən tikinti işlərinə başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunub.

2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq başa çatıb.


Sahəsi 500 kvadratmetr olan məsciddən başqa, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib. Məscid bütövlükdə sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR