Bank Of Baku

Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək

Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək
# 21 dekabr 2009 14:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu il Azərbaycanda qanvermə aksiyası Aşura günü ilə yanaşı, təziyyə mərasiminin 3, 7 və 40-da da keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, dekabrın 27-nə təsadüf edən Aşura günündə “Təzə Pir”, “Əjdərbəy”, “Hacı Soltanəli”, “İçərişəhər” məscidlərində və digər ibadət ocaqlarında Səhiyyə Nazirliyinin dəstəyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək: “Həmin gün insanlar adıçəkilən ibadət ocaqlarına gəlməklə aksiyada iştirak edə bilərlər. Bu il yarana biləcək sıxlığı nəzərə alaraq, yas mərasiminin 3, 7 və 40-da da aksiyanın keçirilməsi planlaşdırılıb”.

Qeyd edək ki, Aşura günü keçiriləcək ilk qanvermə aksiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR