Bank Of Baku

Bakıya yaşayan katoliklər Milad bayramına hazırlaşır

Bakıya yaşayan katoliklər Milad bayramına hazırlaşır
# 22 dekabr 2009 12:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 25-də dünya katolikləri, o cümlədən Azərbaycanda yaşayan yerli və əcnəbi katoliklər xristianlığın ən önəmli bayramlarından olan Milad bayramını qeyd edəcəklər. Bakı katolik kilsəsinin rəhbəri Vladimir Ata APA-ya bildirib ki, katoliklər üçün bu bayram dekabrın 24-dən başlanır: “Biz bütün katolikləri həmin gün axşam saat səkkizdə Müqəddəs Məryəm Kilsəsinə dəvət etmişik. Hamı mahnı ifa edərək İsa peyğəmbərin doğulduğunu elan edəcək. İbadət öncə yerli katoliklər üçün rus dilində, gecə yarısı isə ingilis dilində səslənəcək”.

Kilsə rəhbərinin sözlərinə görə, Azərbaycanda dekabrın 25-i adi iş günü olduğu üçün ibadət saat 19.00-a təyin edilib. Dekabrın 26-da axşam ibadəti keçiriləcək və bu ibadətlə Müqəddəs Ailə (Yusif, Məryəm və İsa) Bayramı başlamış olacaq. Bazar günü ibadətdən sonra kilsə üzvləri çay süfrəsi arxasında görüşəcəklər.

Kilsə üzvlərinin sayı ilə bağlı sualı cavablandıran Vladimir Ata, dəqiq rəqəm söyləməkdə çətinlik çəkib. Rus dilində keçirilən ibadətlərdə iştirak edən yerli katoliklərin sayı təxminən 200 nəfərdir, lakin ingilis dilində keçirilən ibadətlərə nə qədər insanın qatıldığı məlum deyil. Kilsə rəhbəri hazırda Bakıda 100-ə yaxın italyan və bir neçə yüz filippinli katolikin müvəqqəti yaşadıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR