Bank Of Baku

Rus Pravoslav Kilsəsi Napoleonun Rusiyadan qovulduğu günü dövlət bayramı elan etməyi təklif edib

Rus Pravoslav Kilsəsi Napoleonun Rusiyadan qovulduğu günü dövlət bayramı elan etməyi təklif edib
# 23 dekabr 2009 08:40 (UTC +04:00)
Bakı – APA. Rus Pravoslav Kilsəsi 7 yanvar tarixini - Napoleonun Rusiyadan qovulmasının Çar I Aleksandr tərəfindən elan olunduğu günü dövlət bayramı elan etməyi təklif edib.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, 1915-ci ilə qədər bu bayram Rusiyada qeyd olunub. Lakin həmin il Fransa Rusiyanın müttəfiqi olduğundan, siyasi səbəblər üzündən buna son qoyulub.
Bu təklifə artıq Rusiyanın digər dini konfessiyalarından da dəstək gəlib. Rusiya Müftilər Şurasından Gülnur Qazeyeva təklifi maraqlı saydığını deyərək, Rusiyanın Napoleon üzərində qələbəsində müsəlmanların ciddi xidmətləri olduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR