Bank Of Baku

Azərbaycanda daha 30 dini icma dövlət qeydiyyatına alınıb

Azərbaycanda daha 30 dini icma dövlət qeydiyyatına alınıb
# 24 dekabr 2009 09:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda daha 30 dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub. APA-nın xəbərinə görə, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov
öncə Azərbaycan dini ictimaiyyəti adından prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Daha sonra qeydiyyata alınan dini icmala şəhadətnamələr təqdim olunub.
Qeydiyyata alınan dini icmalar arasında Azərbaycan Respublikası Alban-Udin Xristian Dini İcması, Quba rayonu Qırmız Qəsəbə Dağ Yəhudiləri Dini İcması və Səbayel rayonundakı Həzrəti-Məhəmməd Məscidi Dini İcması da var.

H. Orucov bu günə kimi 120 dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamə verildiyini və bu prosesin davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR