Bank Of Baku

Hidayət Orucov : ““Nərimanov rayon dindarları” Dini İcmasının qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətindən kənar məsələdir”

Hidayət Orucov : ““Nərimanov rayon dindarları” Dini İcmasının qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətindən kənar məsələdir”
# 24 dekabr 2009 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. “Nərimanov rayon dindarları” Dini İcmasının məhkəməyə müraciət etdiyini vurğulayan komitə sədri bu məsələnin məhkəmə tərəfindən araşdırıldığını bildirib: “Onlar məhkəməyə müraciət ediblər. Əgər bir məsələyə məhkəmə müstəvisində baxılırsa, deməli, artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərindən kənardadır. Bu məsələ ilə bağlı yekun qərarı məhkəmə qəbul edəcək”.

H. Orucov, həmçinin “İlahiyyat” məscidi dini icmasının qeydiyyatı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sənəd təqdim olunmadığını söyləyib: “Azərbaycanda 120 dini icma artıq dövlət qeydiyyatına alınıb. 300-dən çox dini icmanın sənədlərinə Dövlət Komitəsi, 100-ə yaxın dini icmanın müraciətinə isə Qafqaz Müsəlmanları İdarəsində baxılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR