Bank Of Baku

Azərbaycanın Masallı rayonunda qanvermə aksiyası keçirilib

Azərbaycanın Masallı rayonunda qanvermə aksiyası keçirilib
# 27 dekabr 2009 13:09 (UTC +04:00)
Masallı Mərkəzi Rayon Xəstənasının (MRX) baş həkimi Cəlil Nəzərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, MRX-nin qanköçürmə şöbəsində təşkil olunan aksiyada 150 nəfərə kimi rayon sakini iştirak edib.

Onlardan ümumilikdə 30 litr qan götürülüb. Baş həkimin sözlərinə görə, Masallı rayounda bir neçə ildir ki,Aşura günü qanvermə aksiya keçirilir. Toplanılan qan laboratoriyada müayinə olunduqdan sonra bir hissəsi MRX-nin daxili bankına, qalan hissəsi isə Respublika Qan Bankına təhvil veriləcək və ondan talassemiyalı və hemofiliyalı, həmçinin xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, hazırda Masallı rayonunda 32 talassemiyalı,12 hemofiliyalı xəstə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR