Bank Of Baku

QMİ: Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Bakı meri arasında qalmaqal yaratmaq məqsədilə şəxsi qərəz müstəvisində motivlər uydurulub

QMİ: Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Bakı meri arasında qalmaqal yaratmaq məqsədilə şəxsi qərəz müstəvisində motivlər uydurulub
# 28 dekabr 2009 14:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Qafqaz Müsəlmanlı İdarəsi Qazılar Şurasının 15 dekabr 2009-cu il tarixli son iclasında Şeyxülislamın söylədiyi fikirlər qeyri-dəqiq interpretasiya olunub, qərəzli yozulub”. Bu sözlər APA-ya açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, iclasda qazılardan birinin azanın verilməsi zamanı mikrofondan istifadənin məqbul olub-olmaması ilə bağlı sualına aydınlıq gətirərkən A. Paşazadə texniki vasitələrin imkanlarından istifadəyə dinimizin qadağa qoymadığını nəzərə çatdırıb: “Bütün məsələlərdə olduğu kimi, səsgücləndiricilərdən istifadə zamanı da həddin gözlənməsi vacibliyinə diqqəti çəkən Şeyxülislam həsrətləri, şadlıq evləri, konfrans zalları və s. yerlərdə, habelə cənab Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumun – Bakı Şəhər İcra Hakimiyyətinin də şəhər küçələrində mikrofonlardan istifadə etdiyini misal olaraq göstərib və məsələyə kompleks yanaşmanın tərəfdar olduğunu bildirib”.

R. Dadaşova deyib ki, iclas zamanı şəhər icra başçısının adının çəkilməsi onun rəhbərlik etdiyi quruma işarədən başqa bir şey deyil: “Buna baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Bakı meri arasında qalmaqal yaratmaq məqsədilə şəxsi qərəz müstəvisində motivlər uydurulub. Əslində, burada heç bir qərəz və ya şəxsiyyətin təhqirindən söhbət belə getmirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR