Bank Of Baku

Hacı Surxay Məmmədli: “İlqar İbrahimoğlu əməllərindən əl çəkməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”

Hacı Surxay Məmmədli: “İlqar İbrahimoğlu əməllərindən əl çəkməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”
# 29 dekabr 2009 08:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Mən həm İçərişəhər Cümə məscidi dini icmasının sədriyəm, həm də bu adda məscidin axunduyam. Necə deyərlər, başımı aşağı salıb öz işimlə məşğulam. Ancaq İlqar İbrahimoğlu İçərişəhər Cümə məscidi adından danışır, bu ad altında aksiyalar, tədbirlər keçirir. Bunlar qanunsuzdur. İlqar İbrahimoğlu bu əməllərindən əl çəkməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bu adam heç Qafqaz Müsəlmanları İdarəsini də qəbul eləmir”. Bu sözləri APA-ya açıqlamasında İçərişəhər Cümə məscidi dini icmasının və eyni adlı məscidin axundu Hacı Surxay Məmmədli deyib. S. Məmmədli 2004-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu məscidə axund təyin edildiyini və ibadət ocağını qeydiyyatdan keçirdiyini söyləyib. O bildirib ki, bir neçə gün əvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrarən İçərişəhər Cümə məscidi dini icması qeydiyyatdan keçib: “Göründüyü kimi, burada səlahiyyətli şəxs mənəm. İlqar İbrahimoğlu isə məni hədəf seçib. Bu konfliktin əsas səbəbi odur ki, Qafqaz Müsəlmanları İdarəsi 2004-cü ildə məni məscidə axund təyin edənə qədər İlqar İbrahimoğlu burada məskunlaşmışdı. O mənə deyir ki, sən mənim yerimə niyə gəlmisən? Bu insan qarşıdurma yaradır. Bu məscid yeganə ibadət ocağıdır ki, orada bayrağımız üçün dualar edilir. Mən dövlətin siyasətini dəstəkləyirəm. İstəyirəm ki, məscidin adından heç kəs istifadə etməsin”.

İlqar İbrahimoğlu isə APA-ya açıqlamasında bu mövzuda geniş danışmaq istəmədiyini deyib. Onun sözlərinə görə, İçərişəhər Cümə məscidinin tarixini Azərbaycanda hər kəs bilir: “Ölkə ictiamiyyəti bundan xəbərdirdar olduğu üçün bu istiqamətdə səslənən fikirləri cəfəng və mənasız adlanıdırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR