Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının 2010-cu il üçün fəaliyyət planı təsdiqlənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının 2010-cu il üçün fəaliyyət planı təsdiqlənib
# 29 dekabr 2009 13:23 (UTC +04:00)
Bakı-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə noyabr 6-7-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransın nəticələri, respublikada dini durum, «Dini etiqad azadlığı haqqında» qanuna edilmiş əlavələr və dəyişikliklərin tətbiqi, dini maarifçiliyin gücləndirilməsi, milad bayramı münasibətilə keçiriləcək tədbirlər və s. məsələlər daxil edilib. Məşvərət Şurasının sədri Hidayət Orucov bildirib ki, Azərbaycan dünyəvi və müxtəlif din mənsubu olan vətəndaşlarının öz dini etiqadlarının sərbəst icra etməsi üçün hər cür şərait yaradan, onları qoruyan dövlətdir. Şura sədri dini liderlərin 2010-cu ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan ümumdünya sammitinin əhəmiyyətini vurğulayaraq, tədbirin təşkili ilə bağlı Bakıda da müzakirələrin aparıldığını, hazırlıq işlərinin görüldüyünü bildirib. İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi, ordinari Vladimir Fekete “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda noyabrın 6-7-də Bakıda keçirilmiş beynəlxalq konfransın həqiqətən yüksək səviyyədə təşkil olunduğunu və dövlətin din sahəsinə böyük qayğı göstərdiyini qeyd ediblər. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein Milad bayramı münasibətilə Bakı Yeparxiyasının geniş proqram hazırladığı barədə də məlumat verib. Toplantıda gündəlikdə duran cari məsələlər müzakirə olunub və Məşvərət Şurasının 2010-cu il üçün iş planı təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR